İdman

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda 7-ci olub

Azərbaycanın idman gimnastı İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda final çıxışını yerinə yetirib.

“Report”un məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda öz məharətini sərgiləyib.

Hakimlərdən 13.833 xal alan idmançı yekunda 7-ci yeri tutub. Tixonov təsnifat mərhələsində 13.933 xal toplamışdı.

Qeyd edək ki, bu gün Azərbaycanın digər idman gimnastı Nikita Simonov halqa ilə hərəkətlərdə final çıxışını edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button