İdman

Azərbaycan fiqurlu konkisürəninin əsas rəqibinə qarşı şikayət təmin edilməyib

İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın işi üzrə Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Konkisürmə İttifaqı (ISU) və Ümumdünya Antidopinq Agentliyinin (WADA) apellyasiya şikayətini təmin etməyib.

16 yaşlı idmançı fevralın 15-də fərdi yarışlara qatıla biləcək. O, Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın əsas rəqiblərindən olacaq.

Beynəlxalq Dopinq Test Agentliyi (ITA) fevralın 12-də bildirib ki, Vəliyevanın 2021-ci il dekabrın 25-də verdiyi dopinq testində trimetazidin aşkarlanıb. Rusiya Antidopinq Agentliyi fevralın 9-da Vəliyevaya qarşı müvəqqəti diskvalifikasiya tətbiq edib. IOC, ISU və WADA fevralın 13-də bu qərardan CAS-a şikayət edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button