İdman

Azərbaycan – Finlandiya oyununun hakimləri müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Finlandiya oyununun hakimləri açıqlanıb. 

AFFA-nın saytı xəbər verir ki, bu qarşılaşmanı Belarusdan olan hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Viktor Şimuşik olacaq. Ona yan xətt hakimləri Anton Qusevlə Sergey Kosovets kömək edəcək. Dördüncü hakim isə Vitali Sevostyanik olacaq.

Qeyd edək ki, oktyabrın 8-də Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək Azərbaycan – Finlandiya oyunu Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button