“Azərbaycan-Ermənistan nizamlanmasına dair formatlardan biri konkret nəticələr verir” – Rusiya XİN

Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına dair müxtəlif formatlar mövcuddur. Biz görürük ki, formatlardan biri konkret nəticələr verir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Zaxarova, ölkəsinin müxtəlif danışıqlar formatının tərəfdarı olduğunu vurğulayıb: “Lakin əgər həqiqətən də konkret nəticələr varsa, hansı ki, bunu hamı görür, o zaman niyə həmin nəticəyə fokuslanmayaq? Mənim fikrimcə, hansı formatların, hansı institutların real işinin nəticə verdiyi göz qabağındadır. Biz əvvəlki formatda da qalırıq. Lakin görürürük ki, orada iş, bir rus ifadəsi var: “nə pis, nə yaxşı”. Lakin əlbəttə ki, əsas əhəmiyyəti biz, həqiqətdə real nəticə verən formatlara və sənədlərə veririk. Bu nəticəni, həm dinc sakinlər, iqtisadi operatorlar, dövlətlər və region bütünlükdə hiss edir”.