İqtisadiyyat

Azərbaycan elektrik enerjisinin idxalını artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 971,9 mln. kVt-saat elektrik enerjisi ixrac edib ki, bu da illik müqayisədə 142,2 mln. kVt-saat çoxdur.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə İrana 238,9 mln. kVt-saat, Türkiyəyə 164,1 mln. kVt-saat, Rusiyaya 63,7 mln. kVt-saat, Gürcüstana isə 505,2 mln. kVt-saat elektrik enerjisi ixrac edilib.
Məlumata görə, yanvar-avqust aylarında elektrik enerjisinin idxalı 110,6 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 mln. kVt-saat artıb. Hesabat dövründə İrandan 22,4 mln. kVt-saat, Rusiyadan 63,5 mln. kVt-saat, Gürcüstandan isə 24,7 mln. kVt-saat elektrik enerjisi idxal edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button