Azərbaycan dizel yanacağının istehsalını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 282 mln. manat olub, bu da illik müqayisədə 17,7 % çoxdur.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 92,2 %, sürtkü yağlarının istehsalı 63,9%, neft koksunun istehsalı 34,3%, dizel yanacağının istehsalı 22,1%, neft bitumunun istehsalı 9,3%, avtomobil benzininin istehsalı 7,4% artıb.
Qeyd olunur ki, ilin yanvar-sentyabr aylarında respublikada yanacaq mazutunun istehsalı isə 23,6% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri
Yanvar-sentyabr, 2021
İllik müqayisə, %
Avtomobil benzini, min ton
915,2
107,4
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton
311,2
192,2
Ağ neft, min ton
377,5
105,8
Dizel yanacağı, min ton
1 883,1
122,1
Yanacaq mazutu, min ton
32,4
76,4
Sürtkü yağları, min ton
39,5
163,9
Neft bitumu, min ton
275,4
109,3
Neft koksu, min ton
198,3
134,3