İqtisadiyyat

Azərbaycan büdcə kəsrinin maliyyələşdirilməsində borclanmanı kəskin azaldır

Gələn il Azərbaycanın dövlət büdcəsinin kəsirinin 3 063 milyon manat təşkil edəcəyi gözlənilir ki, bunun da 35,9%-i xarici və daxili borclanma hesabına aradan qaldırılacaq.

“Report”un xəbərinə görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 37 faiz bəndi azdır.

2022-ci ildə büdcə kəsrinin 41%-i isə vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcək. 2021-ci ildə bu mənbə nəzərə alınmayıb.

Gələn il büdcə kəsrinin aradan qaldırılmasında layihələr üzrə cəlb edilmiş kreditlərin xüsusi çəkisinin 21,3%-dən 19,4%-ə, özəlləşdirmədən daxilolmaların isə 5,7%-dən 3,7%-ə düşüəcəyi proqnozlaşdırılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button