İqtisadiyyat

Azərbaycan bu il Smolensk vilayətindən konservləşdirilmiş süd məhsullarının əsas idxalçısı olub

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Rusiya Federasiyasının Smolensk vilayətindən konservləşdirilmiş süd məhsulları idxal edən ölkələr arasında lider olub.
“APA-Economics” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Bryansk, Smolensk və Kaluqa bölgələri üzrə İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, hesabat dövründə ümumi çəkisi təxminən 205 ton olan bu məhsul kateqoriyası Azərbaycan, Türkmənistan, Özbəkistan, Gürcüstan və ABŞ-a tədarük edilib.
Səkkiz ay ərzində Smolensk müəssisələri uzaq xarici ölkələrə təxminən 2,3 min ton heyvan məhsulları ixrac edib. Xaricə göndərilən bütün yüklər alıcı ölkələrin tələblərinə cavab verir ki, bu da laborator müayinələrin nəticəsi ilə təsdiqlənib.
Məlumatda qeyd olunur ki, məhsullarını xaricə tədarük etmək hüququ olan Smolensk vilayətinin müəssisələri ixrac tədarükünü artırmaq üçün müəyyən potensiala malikdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button