İqtisadiyyat

Azərbaycan bu il dövlət borcunun ödənməsinə 1,5 mlrd. manatdan çox vəsait yönəldib

2021-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 19 657,5 mln. manat proqnoza qarşı 17 711,9 mln. manat və ya 90,1% icra edilib.
“APA-Economics”in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumatına görə, dövlət büdcəsi xərclərinin 11 476,4 mln. manatı və ya 64,8%-i cari xərclərə, 4 722 mln. manatı və ya 26,7%-i əsaslı xərclərə, 1 513,5 mln. manatı və ya 8,5%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Qeyd edək ki, 2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button