Azərbaycan bu il 25 ölkəyə neft ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 4 001 658,58 min ABŞ dolları dəyərində 8 936 546,4 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İspaniya qərarlaşıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 510 500,34 min dollar dəyərində 1 191 741,78 ton neft ixrac edib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutub. Yanvar-avqust aylarında bu ölkəyə 547 839,18 min dollar dəyərində 1 162 326,39 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin yanvar-avqust aylarında 25 ölkəyə 8 498 811,15 min dollarlıq 18 771 176,4 ton neft ixrac edib.
“APA-Economics” Azərbaycanın neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi təqdim edir:
#
Ölkələr
Miqdar, ton
Məbləğ, min $
–
Cəmi
18 771 176,4
8 498 811,15
1
İtaliya
8 936 546,4
4 001 658,58
2
İspaniya
1 191 741,78
510 500,34
3
Xorvatiya
1 162 326,39
547 839,18
4
Hindistan
1 093 961,16
482 377,59
5
İsrail
972 654,65
457 803,4
6
Portuqaliya
665 643,95
307 758,8
7
Ukrayna
649 817,8
268 290,54
8
Tunis
595 120,06
274 484,53
9
Böyük Britaniya
534 097,64
263 872,47
10
Almaniya
441 718,62
216 128,93
11
Türkiyə
411 174,05
179 203,46
12
Kanada
278 174,60
140 031,95
13
Çin
277 516,67
102 592,36
14
Tailand
277 100,94
134 110,72
15
Belarus
270 691,94
118 892,03
16
Rumıniya
173 781,81
80 876,89
17
İndoneziya
173 504,81
87 124,86
18
Vyetnam
139 699,64
72 728,56
19
Çexiya
120 392,67
61 012
20
Fransa
91 755,21
45 737,11
21
İsveçrə
90 283,35
48 391,61
22
İrlandiya
87 840,9
41 737,54
23
Avstriya
80 008,75
37 460,90
24
Avstraliya
54 975,82
20 884,24
25
Rusiya
646,79
312,56