Azərbaycan bu il 25 ölkəyə 20 mln. tondan çox neft ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 4 323 731,35 min ABŞ dolları dəyərində 9 542 983,86 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İspaniya qərarlaşıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 552 660,7 min dollar dəyərində 1 270 845,01 ton neft ixrac edib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutub. Yanvar-sentyabr aylarında bu ölkəyə 547 839,18 min dollar dəyərində 1 162 326,39 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin yanvar-avqust aylarında 25 ölkəyə 9 302 613,35 min dollarlıq 20 542 983,86 ton neft ixrac edib.
“APA-Economics” Azərbaycanın neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi təqdim edir:
#
Ölkələr
Miqdar, ton
Məbləğ, min $
–
Cəmi
20 281 699,31
9 302 613,29
1
İtaliya
9 542 983,86
4 323 731,35
2
İspaniya
1 270 845.01
552 660,7
3
Xorvatiya
1 162 326,39
547 839,18
4
Hindistan
1 122 729,85
496 009,13
5
İsrail
1 069 357
510 160,35
6
Portuqaliya
803 642,95
382 590,15
7
Tunis
658 063,35
306 350,06
8
Ukrayna
649 817.80
268 290,54
9
Böyük Britaniya
624 005,43
312 493,08
10
Belarus
452 234,57
216 137,67
11
Almaniya
442 048,62
216 300,05
12
Kanada
416 119,36
214 757.33
13
Türkiyə
411 174,05
176 203.46
14
Çin
277 516,67
102 592,36
15
Tailand
277 100,94
134 110,72
16
Çexiya
209 154,16
107 090,27
17
Rumıniya
173 781,81
80 876,89
18
İndoneziya
173 504,81
87 124,86
19
Vyetnam
139 699,64
72 728,56
20
Fransa
91 755,21
45 737,11
21
İsveçrə
90 283,35
48 391,61
22
İrlandiya
87 840,9
41 737,54
23
Avstriya
80 008,75
37 460,90
24
Avstraliya
54 975,82
20 884,24
25
Rusiya
729,02
355,2