İdman

Azərbaycan boksçusu: “Olimpiadadan medalsız qayıtmayacağıq”

Tokio-2020 Yay Olimpiya Oyunlarında keçirdiyi ilk döyüşündə qələbə qazanan Azərbaycan millisinin boksçusu Məhəmməd Abdullayev (+91 kq) müsahibə verib.
Apasport.az saytının məlumatına görə, 1/8 finala yüksələn idmançımız məqsədinin Olimpiadadan medalla dönmək olduğunu söyləyib.
– Tokio-2020-dəki ilk döyüşünüzdə qələbə qazandınız. Bu barədə təəssüratlarınız necədir?- İlk döyüş həmişə ağır olur. Çünki ab-havaya, rinqə öyrəşməmişdik. Sevinirəm ki, birinci döyüşümdə qalib gəldim.
– Sizdən əvvəl digər boksçularımız Tayfur Əliyev və Lorenzo Sotomayor məğlub oldu. Bunun sizə psixoloji təsiri oldu?- Komanda yoldaşlarımın uduzması xoş olmadı. Onların da qələbə qazanmasını, medal şansını davam etdirməsini istərdim. Bu baxımdan bir az pis oldum.
– Bəhreyn idmançısı Denis Latıpovla əvvəllər döyüşmüsünüz?- Xeyr, döyüşməmişdim, amma onu tanıyırdım.
– Mübarizə apardığınız çəki dərəcəsindəki idmançılar barədə nə deyə bilərsiniz?- 1/8 finaldakı rəqibim yarışın ən güclüsü olacaq. Özbəkistanlı Baxodir Calolov dünya çempionudur. İyulun 29-da onunla qarşılaşacağam. Əsas rəqibim o idi, ikinci dueldən qarşıma çıxdı.
– Bu gün ilk iki raunddan fərqli olaraq, üçüncü raundda sanki yorulmuşdunuz…- Bunun hamısı birinci döyüşün nəticəsidir. Çünki ilk döyüş həmişə çətin olur. Sonradan açılışmaq olur. Bura hələ yaxşı uyğunlaşmamışıq.
– Olimpiadaya 5 boksçu ilə qatılan millimizdən ikisi artıq məğlub olub. Azərbaycanda hər kəs artıq sizdən medal gözləyir. Buna hazırsınız?- Bura əziyyət çəkib gəlmişik, çətin yollardan keçmişik. İnşallah, buradan medalsız qayıtmayacağıq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button