Redaktorun seçimi

Azərbaycan boksçusu Alfonso Dominges dünya çempionu oldu

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.

86 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib braziliyalı Keno Maçado olub. 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi ilə döyüşün ilk raundunda 5 hakimdən 4-ü qələbəni Domingesə verib. Yalnız 1 hakim Maçadonu fərqləndirib.

Beləliklə, kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sərxan Əliyev 71 kq, Məhəmməd Abdullayev isə 92 kq-dan yuxarı çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Dünya çempionuna kəmər və 100 000 ABŞ dolları, bürünc medalçılara 25 000 dollar mükafat verilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button