İdman

Azərbaycan Boks Federasiyasında hesabat-seçki konfransı keçiriləcək

Fevralın 9-da Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçiriləcək.

Saat 11:00-da start götürəcək tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında olacaq. Tədbirdə hazırkı federasiya prezidenti Kəmaləddin Heydərovu əvəzləyəcək şəxsin adına aydınlıq gələcək.

Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olacaq. Onu əvəzləməyə namizəd olan şəxsin adı açıqlanmır.

Qeyd edək ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button