Azərbaycan benzin istehsalını azaldıb – CƏDVƏL

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 881,7 mln. manat olmaqla, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,7% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 72,8%, sürtkü yağlarının istehsalı 66,8%, neft koksunun istehsalı 21,3%, dizel yanacağının istehsalı 12,5%, neft bitumunun istehsalı 7,4% artıb.
Məlumata görə, hesabat dövründə ölkədə avtomobil benzininin istehsalı 2,5%, yanacaq mazutunun istehsalı isə 26,3% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri
Yanvar-avqust, 2021-ci il
İllik müqayisə, %
Avtomobil benzini, min ton
804,3
97,5
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton
279,7
172,8
Ağ neft, min ton
336
99,8
Dizel yanacağı, min ton
1 679,8
112,5
Yanacaq mazutu, min ton
31,1
73,7
Sürtkü yağları, min ton
35,7
166,8
Neft bitumu, min ton
237,2
107,4
Neft koksu, min ton
176,1
121,3