İqtisadiyyat

Azərbaycan banklarında manat əmanətlərinin həcmi 29% artıb

Bu ilin iyulun 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8,435 mlrd. manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 3,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,5% çoxdur.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, xarici valyutada olan əmanətlərin payı 45,7%-ə bərabərdir və 3,854 mlrd. manat ekvivalentindədir. Manat əmanətlərinin həcmi isə son bir ildə 29,3% artıb və iyulun 1-nə 4,582 mlrd. manat təşkil edib. Beləliklə, əmanətlərinin dollarlaşma səviyyəsi 2015-ci ilin yanvar ayından bəri ən aşağı səviyyədə qalmaqdadır.
Qeyd edək ki, bundan əvvəl AMB bildirmişdi ki, dollarlaşmanın azalması davam edir və fiziki şəxslərin əmanətlərinin strukturunda manatla depozitlər 2015-ci ilin fevralından bəri ilk dəfə üstün paya sahib olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button