Mədəniyyət

Azərbaycan balabanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün müraciət edəcək

“Gələn il Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilməsi üçün bir neçə istiqamətdə UNESCO-ya müraciət ediləcək”.

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında deyib.

“Həmin istiqamətlər bunlardır: İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı, Molla Nəsrəddin lətifələri, sədəf sənəti, pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri, çay mədəniyyəti, balaban sənətkarlığı və ifaçılıq sənəti”, – o deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button