İdman

Azərbaycan badmintonçusu Olimpiadaya qələbə ilə başlayıb

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, badmintonçu Edi Reski Dviçayo bu idman növündə Olimpiadalar tarixindəki ilk təmsilçimiz olub.
L qrupunda mübarizə aparan idmançımızın debütü II turda gerçəkləşib. Milliləşən legionerimiz vyetnamlı Tien Minh Nguyen ilə görüşüb. Asiyalı rəqibindən daha üstün çıxış edən Edi iki setdə qələbə qazanıb.
Qeyd edək ki, idmançımız sabah keçiriləcək son turda Anders Antonsenlə (Danimarka) üz-üzə gələcək.
27 iyulBadminton, kişilərL qrupu, II tur15:00. Edi Reski Dviçayo (Azərbaycan) – Tien Minh Nguyen (Vyetnam) – 2:0 (21:14, 21:18)
 

1

Anders Antonsen (Danimarka)

1

1

0

2-0

42-26

2

Edi Reski Dviçayo (Azərbaycan)

1

1

0

2-0

42-32

3

Tien Minh Nguyen (Vyetnam)

2

0

2

0-4

58-84

 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button