Azərbaycan Avropa ölkələrinə neft ixracını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Avropa ölkələrinə ümumi dəyəri 3,585 mlrd. ABŞ dolları təşkil edən 8 797 819,46 ton neft idxal edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin və Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, Avropaya göndərilən neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,8%, dəyəri isə 7,6% artıb.
Avropa ölkələri arasında Azərbaycan neftinin ən iri idxalçısı İtaliya olub. Cari ilin ilk beş ayında İtaliya Azərbaycandan 2,450 mlrd. dollar dəyərində 5 982 918,16 ton neft idxal edib ki, bu da illik müqayisədə həcm ifadəsində 3,3%, dəyər ifadəsində isə 1,6% çoxdur.
Qeyd edək ki, Azərbaycanın Avropa neft ixracı bazarında ikinci yerdə qərarlaşan İspaniya isə hesabat dövründə ölkədən 338,982 mln. dollarlıq 865 947,16 neft idxal edib, bu da illik müqayisədə həcm ifadəsində 4 dəfə, dəyər ifadəsində isə 3,5 dəfə çoxdur.
Azərbaycandan 2021-ci ilin yanvar-may aylarında neft idxalı həyata keçirən Avropa ölkələrinin renkinqi:
#
Ölkələr
Həcm, ton
İllik dinamika
Dəyər, mln. $
İllik dinamika
1
İtaliya
5 982 918,16
3,3%
2 449,86
1,6%
2
İspaniya
865 947,16
4 dəfə
338,98
3,5 dəfə
3
Ukrayna
480 800,72
-29,4%
173,24
-6,4%
4
Portuqaliya
451 184,17
31,2%
193,47
48%
5
Xorvatiya
444 811,96
-34,6%
177,19
-15,5%
6
Böyük Britaniya
270 508,23
–
124,68
–
7
Almaniya
91 823,81
-3,1 dəfə
37,38
-2,8 dəfə
8
İrlandiya
87 840,9
–
41,73
–
9
Rumıniya
84 725,08
-7,6%
30,58
-17,4%
10
Çexiya
37 259,27
-10,5 dəfə
17,56
-9 dəfə