Mədəniyyət

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunacaq

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində təmsil olunacaq.

Budəfəki Venesiya Biennalesindəki Azərbaycan pavilyonu “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusunda tərtib olunub.

Venesiyanın mərkəzi Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında aprelin 21-də açılacaq milli pavilyonda Azərbaycandan olan 7 rəssam – Juk (Nərmin İsrafilova), İnfinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Əqdəs Bağırzadənin əsərləri təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan incəsənət sahəsində dünyanın məşhur platformalarından birində -Venesiya Biennalesində 8-ci dəfədir iştirak edir. İki ildən bir keçirilən Venesiya Biennalesində ölkəmiz 2007-ci ildən təmsil olunur. 59-cu Venesiya Biennalesi noyabrın 27-dək davam edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button