İdman

Azərbaycan əsilli döyüşçü braziliyalı idmançını duelə dəvət etdi

Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev braziliyalı Rafael Dus Anjusu Mütləq Döyüş Çempionatında (UFC) duelə dəvət edib.

Dus Anjus tviterdə ABŞ-dan olan Toni Ferqyusonla fevralın 19-da revanş keçirmək istədiyini yazıb.

Fiziyev isə bu paylaşıma reaksiya verib: “Biz hamımız bu qarşılaşmanı görmüşük. Mən artıq UFC-yə həmin gün üçün hazır olduğumu demişəm”, – deyə döyüşçü bildirib.

Qeyd edək ki, Ferqyuson 2016-cı ildə Rafael Dus Anjusa qalib gəlib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button