İqtisadiyyat

Azərbaycan əmtəəlik qaz hasilatını 15%-dək artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,1 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-avqust aylarına nisbətən 0,9% azalıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 23 007,3 min ton, əmtəəlik təbii qaz hasilatı isə 20 593,4 mln. kub metr təşkil edib.
“Əmtəəlik neft hasilatı 1,4% azalıb, əmtəəlik qaz hasilatı isə 14,6% artıb”, – məlumatda qeyd olunub.
Məlumata görə, hesabat dövründə ölkədə 23 050,3 min ton neft (1,6% azalma) və 27 917,4 mln. kubmetr qaz (11,3% artım) hasil edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button