GündəmManşet

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 33 696 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il dekabr ayının 1-i vəziyyətinə 10 152 829 nəfərə çatıb.

Qeyd olunub ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button