İqtisadiyyat

Azərbaycan əhalisinin nominal gəlirləri 2% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 2% artaraq 42 251,7 mln. manat təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin hər nəfərinə orta hesabla 4 219,3 mln. manatlıq gəlir düşüb ki, bu da illik ifadədə 1,5% çoxdur.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 37 906,0 mln. manatlıq vəsait qalıb ki, bu da illik ifadədə 1,2% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button