İqtisadiyyat

Azərbaycan əhalisi şərab istehlakını azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 5,409 mln. manat dəyərində şərab alıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,1% azdır. Təkcə cari ilin II rübündə əhali şəraba 2,707 mln. manat xərcləyib. Bu, illik müqayisədə 1,5%, rüblük müqayisədə isə 0,2% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycanda 334,2 min dekalitr üzüm şərabı istehsal olunub, bu da illik müqayisədə 3,1 dəfə çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button