İqtisadiyyat

Azərbaycan əhalisi avqustda əczaçılıq məhsullarına 75 mln. manat xərcləyib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 580,5 mln. manat xərclənib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,4% artıb.
Cari ilin təkcə avqust ayında sözügedən göstərici 75,1 mln. manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 5% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button