İdman

Azər Əliyev Rusiya klubundan rəsmən ayrıldı

Rusiya Premyer Liqa təmsiçisi “Ufa” klubu əslən azərbaycanlı futbolçusu Azər Əliyevlə yolları ayırıb.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi A.Əliyev karyerasını “Neftçi”də davam etdirəcək. Bununla bağlı Bakı klubunun rəsmi açıqlaması gözlənilir.

Krasnoyarsk futbol məktəbinin yetirməsi olan A.Əliyev Rusiyada son klubu “Ufa” ilə yanaşı “Yenisey”, “Saxalin”, “Krılya Sovetov” və “Tambov”da da oynayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button