İqtisadiyyat

AYİB-in Azərbaycan üzrə portfeli yenidən artıb

Bu ilin avqustun 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,132 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (iyulun 31-i) ilə müqayisədə 0,4% artıb. Layihələrin sayı isə dəyişməz olaraq qalıb.
Bu barədə “APA-Economics”ə AYİB-dən bildirilib.
Qeyd olunub ki, portfelin 78%-ini (887 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 20%-ini (225 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 2%-ini (20 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə avqust ayında 1% artaraq 1,019 mlrd. avroya yüksəlib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 3,172 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 85,1%-i (2,698 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 22%-i özəl sektorun payına düşüb.
Xatırladaq ki, təkcə 2020-ci ildə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button