İdman

“Ayaks”ın hücumçusu 4 qolla Marko van Bastenin rekordunu təkrarlayıb

Çempionlar Liqasının I turunda “Sportinq”lə qarşılaşan “Ayaks” səfərdə 5:1 hesablı qələbə qazanıb.Apasport.az saytının məlumatına görə, qarşılaşmanın qəhrəmanı pokerə imza atan Sebastian Aller olub.27 yaşlı hücumçu debüt görüşündə 4 qola imza atmaqla 29 illik rekordu təkrarlayıb. Ona qədər yalnız əfsanəvi niderlandlı Marko van Basten bunu bacarmışdı. Van Basten 1992-ci ildə “Milan”ın heyətində ən nüfuzlu klub turnirində çıxdığı ilk görüşdə “Göteborq”un qapısından 4 top keçirib.Qeyd edək ki, “Ayaks” qrupda növbəti oyununu sentyabrın 28-də evdə “Beşiktaş”a qarşı keçirəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button