Dünya

Avstriyanın yeni kansleri and içib

Aleksander Şallenberq Avstriyanın yeni kansleri olaraq and içib.
“Report” TASS-a istinadən xəbər verir ki, Avstriya Prezidenti Aleksander Van der Bellen onu and içməyə aparıb.
Mərasim oktyabrın 11-də keçirilib.
Bildirilib ki, ölkənin keçmiş xarici işlər naziri Aleksander Şallenberq mühafizəkar Avstriya Xalq Partiyasının nümayəndəsidir.
Bundan başqa, Mixael Linxart Avstriyanın yeni xarici işlər naziri təyin edilib. O, 2019-cu ildən Avstriyanın Fransadakı səfiri vəzifəsində işləyib. Səfiri Prezident Van der Bellen vəzifəsindən azad edib.
A.Şallenberq 1969-cu il iyunun 20-də İsveçrənin Bern şəhərində zadəgan əsilli avstriyalı diplomat Volfqanq Şallenberqin ailəsində anadan olub. Aleksander Şallenberq ezamiyyətdə olan atası ilə birlikdə Hindistan, İspaniya və Fransada yaşayıb. Vyana və Paris universitetlərində təhsil alıb. 1997-ci ildə Avstriyanın Xarici İşlər Nazirliyi sistemində çalışır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button