Dünya

Avstriya Prezidenti: “Ölkədə hökumət böhranı yaranıb”

Avstriyan Prezidenti Aleksander Van der Bellen kansler Sebastyan Kurtsa qarşı Korrupsiya ilə Mübarizə üzrə Prokurorluğunun araşdırması fonunda respublikada hökumət böhranının elan edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Daha əvvəl Yaşıllar Partiyasının lideri Verner Koqler Kurts və onun 9 köməkçisinə qarşı Korrupsiyaya qarşı Mübarizə üzrə Prokurorluğunun apardığı araşdırmalar fonunda, onun kansler kimi fəaliyyətini davam etdirə biləcəyini şübhə altına alıb və parlament fraksiyaları ilə liderlərlə danışıqlar aparacağını söyləyib. Kurts “Yaşıllar”la koalisiya hökuməti saxlamağa hazır olduğunu da vurğulayıb.
“Bu, hökumət böhranıdır, ancaq dövlət böhranı deyil. Dövlət və idarəetmə fəaliyyət göstərir, dövlətimizin təməlləri toxunulmazdır”, – Van der Bellen deyib.
Onun sözlərinə görə, prokurorluğun kansler və ətrafı ilə bağlı şübhələri ciddidir.
“Bu araşdırmaların ittihamlara səbəb olub-lmayacağını hələ bilmirik, buna görə də məhkəmədə hökmə qədər, təqsirsizlik prezumpsiyası hər kəs üçün etibarlıdır”, – deyə prezident bildirib.
Hazırda Avstriya Xalq Partiyasının (AXP) Kurtsun hökumət koalisiyasındakı ortağı – Yaşıllar Partiyası AXP ilə Nazirlər Kabinetinə alternativ axtararaq bütün partiyaların parlament fraksiyaları ilə danışıqlar aparır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button