İqtisadiyyat

Avropada yanacaq kömürünün qiyməti 20 illik rekordu yeniləyib

Keçən həftə Avropada enerji kömürünün bir tonunun qiyməti (İstilik Elektrik Stansiyalarda istifadə edilən – red.) 232 ABŞ dollarını ötüb. Bu, ən azı son 20 ilin rekord göstəricisidir.
“APA-Economics”in məlumatına görə, bu barədə Rusiya mətbuatı “Argus” beynəlxalq qiymət agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, son həftə ərzində Şimal-Qərbi Avropada 6 000 kkal/kq kalorili enerji kömürünün qiyməti 16,5% artaraq bir ton üçün tonu 232,2 dollara çatıb (CIF Amsterdam – Rotterdam – Antverpen (bu nöqtələrdə təhvil verməklə)).
Qiymətin artımı təbii qazın sürətlə bahalaşması və Avropa bazarında kömür çatışmazlığı ilə izah edilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button