İqtisadiyyat

Avropada qazın qiymətində tarixi maksimum qeydə alınıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 070 ABŞ dolları həddini ötüb.
Bu barədə “APA-Economics” birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 30 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 2,6% artaraq 1 072,96 dollara yaxınlaşıb.
Xatırladaq ki, son həftələr ərzində Avropada qazın qiymətində kəskin artım qeydə alınıb. Bu həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 000 dolları ötüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button