İqtisadiyyat

Avropada qazın qiyməti yenidən 900 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 900 ABŞ dollarını ötüb.
Bu barədə “APA-Economics” birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 21 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) oktyabr fyuçerslərinin qiyməti 918 dollara yaxınlaşıb. Hərracların açıldığı vaxt bu göstərici 883,2 dollar idi.
Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 950 dollar həddini ötüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button