İqtisadiyyat

Avropada qazın qiyməti yenidən 1 200 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 1 200 ABŞ dolları həddini aşıb.
Bu barədə “APA-Economics” birja xəbərlərinə istinadən məlumat verir.
Məlumata görə, 14 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) noyabr fyuçerslərinin qiyməti 973 dollar təşkil edib, bu da günün əvvəlinə olan qiyməti ilə müqayisədə 7,6% çoxdur.
Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button