İqtisadiyyat

Avropada qazın qiyməti tarixi rekordu yeniləyib

Bu gün hərracların açılışı zamanı Avropada qazın min kubmetrinin qiyməti demək olar ki 1 200 ABŞ dolları həddinə çatıb.
Bu barədə “APA-Economics” birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 1 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 199,4 dollar təşkil edib.
Xatırladaq ki, son həftələr ərzində Avropada qazın qiymətində kəskin artım qeydə alınıb. Bu həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 100 dollar həddini ötüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button