İqtisadiyyat

Avropada qazın qiyməti rekord həddə çatıb

Avropa spot bazarında (real satış bazarı) qazın qiyməti rekord qıraraq min kubmetr üçün 480 dolları keçib.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Niderlandın “Title Transfer Facility” (TTF) satış mərkəzində təbii qazın  min kubmetr üçün bir gün öncədən alış qiyməti 484 dollar (+5%) təşkil edib.
Qeyd olunur ki, həftənin əvvəlində Avropa bazarında təbii qazın min kubmetr üçün qiyməti  433 dollar, ötən ayın sonunda isə 360 dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button