İqtisadiyyat

Avropada qazın qiyməti 950 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 950 ABŞ dollarını ötüb.
Bu barədə “APA-Economics” ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 15 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində bir MVt-saat üçün 79 avro təşkil edib (bir kubmetr üçün təqribən 950 dollar).
Avropada rekord qaz qiymətləri artıq bəzi Aİ ölkələrini qaz və elektrik enerjisi tariflərini məhdudlaşdırmaq üçün fövqəladə tədbirlər görməyə vadar edir.
Xatırladaq ki, 14 sentyabr Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 800 dolları ötüb.
***
11:27
Avropada qazın min kubmetrinin qiyməti tarixi maksimumu yeniləyib.
Bu barədə “APA-Economics” ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Belə ki, bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 850 ABŞ dollarına çatıb.
***
10:55
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 840 ABŞ dollarını ötüb.
Bu barədə “APA-Economics” ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 15 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində bir MVt-saat üçün 68,995 avro təşkil edib (bir kubmetr üçün təqribən 842,5 dollar).
Xatırladaq ki, 14 sentyabr Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 800 dolları ötüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button