İqtisadiyyat

Avropada qazın qiyməti 750 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 750 ABŞ dollarını ötüb.
Bu barədə “APA-Economics” ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 13 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt-saat üçün 61,565 avro təşkil edib (bir kubmetr üçün təqribən 751,17 dollar).
Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 700 dolları ötüb.
***
11:55
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 730 ABŞ dollarını ötüb.
Bu barədə “APA-Economics” ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 13 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt-saat üçün 59,95 avro təşkil edib (bir kubmetr üçün təqribən 731,5 dollar).
Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 700 dolları ötüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button