İqtisadiyyat

Avropada qazın qiyməti 700 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın qiyməti min kubmetr üçün 700 ABŞ dollarını ötüb.
Bu barədə “APA-Economics” ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 10 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt-saat üçün 57,79 avro təşkil edib (bir kubmetr üçün təqribən 707 dollar).
Xatırladaq ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button