İqtisadiyyat

Avropada qaz ucuzlaşmağa başlayıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti ötən gün rekord 970 ABŞ dolları həddinə çatdıqdan sonra azalmağa başlayıb.
Bu barədə “APA-Economics” ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 16 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində bir MVt-saat üçün 63,2 avro təşkil edib (bir kubmetr üçün təqribən 771 dollar).
Xatırladaq ki, bu həftə Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 900 dolları ötüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button