İqtisadiyyat

Avropada kömürün qiyməti tarixi rekordu yeniləyib

Oktyabrın 5-də Avropada enerji kömürünün qiyməti tarixi rekordunu yeniləyərək 1 tonu üçün 300 ABŞ dolları həddini keçib.
“APA-Economics” xəbər verir ki, bu barədə “Argus” beynəlxalq qiymət agentliyinin açıqlamasında deyili.
“Oktyabrın 5-də Avropada enerji kömürünün qiyməti hər ton üçün 40 dollar artaraq 1 ton üçün 300 dolları keçib (cif Amsterdam-Rotterdam-Antverpen)”, – agentlik bildirir.
Xatırladaq ki, 2008-ci ilin iyul ayında müşahidə olunan əvvəlki tarixi rekord cari ilin oktyabrın 1-də yenilənib.
Qeyd edək ki, kömür ümumi olaraq enerji qiymətlərində artım və yaxınlaşan istilik mövsümü fonunda bahalaşır. Avropanın əsas kömür tədarükçüsü Rusiyadır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button