Dünya

Avropada ilk dəfə İslandiya parlamentində qadın deputatlar çoxluq təşkil edəcək

İslandiya parlamentinə keçirilən ümumi seçkilər nəticəsində qadın deputatların sayı kişilərdən çox olacaq ki, bu da müasir Avropa tarixində ilk belə haldır.
“Report” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, 63 yerlik bir palatalı parlamentdə 33 qadın olacaq ki, bu da deputatların 52 %-ni təşkil edir.
Qeyd edilir ki, heç bir Avropa ölkəsində qanunverici hakimiyyət orqanlarında qadınlar 50 %-dən çox deyil. İsveçdə bu rəqəm 47 faiz təşkil edir.
Hazırda dünyanın yalnız beş ölkəsində qadınlar parlamentdəki yerlərin ən azı yarısını tutur – Ruanda (61 %), Kuba (52 %), Nikaraqua (51 %), Meksika (50 %) və BƏƏ (50 %).
Digər ölkələrdən fərqli olaraq, İslandiya parlamentində qadın təmsilçiliyi üçün kvota yoxdur, lakin bəzi partiyalar namizədlərinin ən azı müəyyən bir hissəsinin qadın olmasını tələb edir. Eyni zamanda, İslandiya uzun müddətdir ki, kişi və qadınların hüquq bərabərliyini təmin etməkdə dünyada birinci yerləri tutan bir ölkədir.
İslandiya 1980-ci ildə dünyanın qadın prezidenti olan ilk ölkəsi kimi tarixə düşüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button