Dünya

Avropada enerji böhranı 2023-cü ildə bitəcək – proqnoz

Avropa bazarlarında təbii qaza olan yüksək qiymətlər gələn il də yer alacaq.

APA-Economics”in verdiyi məlumata görə, bu barədə “Bloomberg” treyderlərə istinadən xəbər verir.

Məlumata görə, qaz qiymətləri bu həftə rekord səviyyədən aşağı düşüb, lakin treyderlər Avropadakı böhranın 2023-cü ilin yazından tez bitməyəcəyi qənaətindədirlər.

Qeyd olunur ki, forvard müqavilələri (məcburi müddətli müqavilə – red.) qazın 2022-ci ilin ortalarının isti günlərində belə baha olacağını göstərir.

Xatırladaq ki, ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təxminən 1 261,9 ABŞ dolları təşkil edib, bu da öncəki hesablama qiyməti (1 550 dollar) ilə müqayisədə 18,5% azdır. Dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button