Redaktorun seçimi
Avropada 2021-ci ilin ən yaxşı idmançısı seçildi

Avropada 2021-ci ilin ən yaxşı idmançısı müəyyənləşib.
Qol.az xəbər verir ki, Polşa Mətbuat Agentliyinin (PAP) keçirdiyi sorğuda dünya tennisinin lideri Novak Cokoviç birinci yeri tutub.
Beləliklə, Cokoviç PAP-ın sorğusunda dördüncü dəfə qalib adını qazanıb. Daha əvvəl o, 2011, 2015 və 2018-ci illərdə bütün rəqiblərini üstələməyi bacarıb. Bu il 34 yaşlı tennisçi Böyük Dəbilqə seriyalı turnirlərdən “Australian Open”, “Roland Garros” və “Wimbledon”un qalibi olub.