Dünya

Avropa Şurasının rəhbəri yeni pandemiyalara hazırlaşmaqla bağlı çağırış edib

Avropa Şurasının rəhbəri Şarl Mişel G20 sammitinin ilk işçi sessiyasında yeni pandemiyalara hazırlaşmağa dair çağırış edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqındakı mənbə bildirib.
“Gələcək pandemiyalara hazırlaşmalıyıq”, – Ş.Mişel deyib.
Avropa Şurasının rəhbəri koronavirusa qarşı vaksinlər mövzusuna da toxunub. Onun fikrincə, G20 ölkələrinin bu preparatların dünyada yayılması üzrə həm mənəvi öhdəlikləri, həm də kollektiv iqtisadi marağı var.
O qeyd edib ki, Afrikada əczaçılıq potensialının və peyvənd istehsalının inkişafının dəstəklənməsi vacibdir, həmçinin iqtisadi problemlərlə üzləşən ölkələrə yardımın davam etdirilməsi lazımdır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button