Dünya
Avropa Parlamenti iqamətgahlarına Rusiya diplomatlarının girişini qadağan edib

Avropa Parlamenti (AP) Brüssel və Strasburqdakı iqamətgahlarına Rusiya diplomatlarının və dövlət məmurlarının girişinə qadağa qoyub.
Bunu AP prezidenti Roberta Metsola tviter hesabında bildirib:
“Bu gündən etibarən, Rusiya və Belarus diplomatları, hökumət rəsmilərinin Avropa Parlamentinin binalarına daxil olmaları qadağandır. Demokratiya Evində demokratik düzəni dağıtmaq istəyənlərə yer yoxdur”.