Dünya

Avropa Parlamenti gözlənilən miqrant böhranı ilə bağlı xəbərdarlıq edib

Avropa Parlamenti Avropa İttifaqını Əfqanıstandakı vəziyyətlə əlaqədar yeni miqrant böhranına hazırlaşmağa çağırıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə parlamentin Strasburqda keçirilən plenar iclasın sonunda qəbul edilən qətnamədə deyilir.
“Əksər miqrantlar qorunmaq üçün qonşu ölkələrə gedəcəklər. Avropa İttifaqı qaçqınları qəbul edən ölkələrə BMT-nin müvafiq qurumları və yerlərdə çalışan humanitar təşkilatlar vasitəsilə əlavə yardım göstərməyi planlaşdırmalıdır”, – qətnamədə deyilir.
Eyni zamanda sənəddə vurğulanır ki, qonşu dövlətlərə yardım Avropa İttifaqının öz ərazisində sığınacaq vermək siyasətinə alternativ olmamalıdır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button