İqtisadiyyat

Avropa ölkələri qaz bazarının fəaliyyətini araşdırmağı təklif edib

İspaniya, Fransa, Çexiya, Yunanıstan və Rumıniya son aylarda enerji qiymətlərinin artması səbəbindən Avropa qaz bazarının fəaliyyətini araşdırmağı təklif ediblər.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə sözügedən ölkələrin iqtisadiyyat və maliyyə nazirlərinin birgə bəyanatında bildirilir.
Məlumata görə, qaz və elektrik enerjisinin qiymətinin artmasının ev təsərrüfatlarının və şirkətlərin üzərinə ağır bir yük kimi düşür və bununla əlaqədar qeyd olunan ölkələr bir neçə təklif irəli sürüb. Xüsusilə, ölkələr qiymət artımlarına dərhal reaksiya vermək üçün Avropa səviyyəsində ortaq bir yanaşmanın lazım olduğunu düşünür.
Bundan əlavə, istehlakçıların ödədiyi qiymətlə elektrik istehsalının orta dəyəri arasındakı əlaqəni yaxşılaşdırmaq üçün Avropa İttifaqının elektrik bazarında islahatların aparılması təklif olunur. Ölkələr enerji təchizatının şaxələndirilməsinə və Avropanın qaz ixrac edən ölkələrdən asılılığının mümkün qədər tez azaldılmasına sərmayə qoyaraq enerji müstəqilliyinə nail olmağa yönəlməyin vacibliyini də vurğulayıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button