Gündəm

Avropa Məhkəməsi Azərbaycanın hərəkətlərinə dair Ermənistanın vəsatətlərinə baxmayacaq

“Avropa Məhkəməsi Ermənistanın Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı hərəkətlərini araşdırmaqla bağlı vəsatətlərinə baxmayacaq”. Bunu müsahibəsində Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

Ç.Əsgərovun sözlərinə görə, maraqlı hal odur ki, Ermənistan beynəlxalq təşkilatlarda və informasiya məkanında Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı hərəkətlərini araşdırmaq zərurətini təkidlə qaldırsa da, Avropa Məhkəməsində mövqeyinin təqdim edilməsi üçün vaxtı davamlı olaraq uzatmaq barədə vəsatətləri verməklə prosesi uzatmağa çalışır: “Təəccüblü deyil ki, sonuncu dəfə Avropa Məhkəməsi Ermənistana bu barədə vəsatətlərinə bundan sonra baxılmayacağını bildirib”. (APA)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button